Sahibsiz it 6 yaşlı uşağa HÜCUM ETDİ
    • 18-05-2020, 23:31
    • 1 048

Sahibsiz it 6 yaşlı uşağa HÜCUM ETDİ

Qaxda azyaşlını sahibsiz it dişləyib.

News24.az xəbər verir ki, rayonun Uzuntala kənd sakini, 2014-cü il təvəllüdlü Ruhi Səfər qızı Mahmudzadə it dişləmsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Məlum olub ki, R.Mahmudzadəyə yaşadığı kəndin ərazisində sahibsiz it hücum edib və onun sağ ayağının daban nahiyəsindən dişləyib.

R.Mahmudzadəyə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb./APA