Xaçmazda tikinti materialları bazarında YANĞIN
    • 20-05-2020, 16:06
    • 685

Xaçmazda tikinti materialları bazarında YANĞIN

Xaçmazda tikinti materialları satılan bazarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən xəbərə verir ki,  hadisə Xaçmaz rayonunda, tikinti materialları bazarının ərazisində qeydə alınıb. Belə ki, ümumi sahəsi 210 m² olan talvarın yanar konstruksiyaları 3 m² sahədə, talvarın altında dayanan "QAZ" markalı minik avtomobilinin salon hissəsi və avtomobilin banına qoyulan 2 ədəd təkər yanıb. Talvarın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.