Azərbaycanda orta yaşlı 2 nəfər KORONAVİRUSDAN ÖLDÜ
    • 20-05-2020, 17:49
    • 728

Azərbaycanda orta yaşlı 2 nəfər KORONAVİRUSDAN ÖLDÜ

Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub. 

News24.az xəbər verir ki,  55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Həmçinin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245.609 test aparılıb.