Baş Prokurorluq yeni təyinatla bağlı məlumatı TƏKZİB ETDİ
    • 21-05-2020, 12:55
    • 778

Baş Prokurorluq yeni təyinatla bağlı məlumatı TƏKZİB ETDİ

Bakının Xətai rayonuna yeni prokuror təyin edilməsi ilə bağlı yayılan məlumatlar yalandır.

Bu barədə açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
O qeyd edib ki, belə bir təyinat olmayıb: “Bəzi KİV-də Astara rayon prokuroru Qabil Qasımovun Xətai rayon prokuroru vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirməyindən tərəfimizdən təkzib olunur”.

E.Sultanov həmçinin KİV nümayəndələrinə müraciət edərək əldə etdikləri məlumatları Baş Prokurorluğun Mətbuat Xidməti ilə dəqiqləşdirdikdən sonra yaymalarını tövsiyə edib./APA/