"BakuBus"da kuryoz HADİSƏ - SÜRÜCÜ HƏRƏKƏTİ DAYANDIRDI

"BakuBus"da kuryoz HADİSƏ - SÜRÜCÜ HƏRƏKƏTİ DAYANDIRDI
HADİSƏ

21 may 2020, 13:33

Mətn ölçüsü

Bu gün Bakubus avtobusunda qeyri-adi hadisə baş verib.

News24.az-ın məlumatına görə, 14 saylı xətdə işləyən 99 jx 112 nömrəli avtobusun sərnişinlərindən birinin halı pisləşib.

Arxa oturacaqda oturan sərnişin avtobusa qusub və daha sonra oranı tərk edib. Daha sonra avtobusa minən sərnişinlər salonun çirkli olması haqda sürücüyə bildiriblər. Sürücü avtobusu avtoyuma məntəqəsinə apararaq salonu yuduzdurub. Bundan sonra hərəkətə davam edərkən digər sərnişinlər avtobusun oturacaqlarının da çirkləndiyini deyiblər. Bundan sonra sürücü Füzuli küçəsində - Mərkəzi Bankın yanında avtobusu saxlayıb və hərəkətə davam etməyəcəyini bildirib.

Sərnişinlər avtobusdan düşürərək başqà avtobusa minməli olublar.