“Olimp Engeneering” şirkətinin sualtı yoxlama aparatını külək aparıb- DSX
    • 21-05-2020, 15:54
    • 603

“Olimp Engeneering” şirkətinin sualtı yoxlama aparatını külək aparıb- DSX

2020-ci ilin 21 may tarixində BP şirkəti ilə bağlanılmış müqavilə əsasında Xəzər dənizinin Azərbaycana mənsub sektorunda yerləşən neft-qaz boru kəmərlərinin sualtı yoxlanılmasını həyata keçiriən “Olimp Engeneering” şirkətinin “Xocean-2” aparatında nasazlıq yaranmış və idarəetməni itirməsi səbəbindən aparat küləyin təsiri ilə açıq dənizə doğru səmtlənib.

Dövlət Sərhəd Xidmətindən News24.az-a verilən məlumata görə, “Olimp Engeneering” şirkətinin rəhbərliyi aparatın axtarışında  köməklik göstərilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə müraciət edib. 

Dövlət sərhədinin mühafizəsində olan 304-cü sərhəd gözətçi gəmisi “Xocean-2” aparatının axtarış təd¬birlərinə cəlb edilmiş və 2 saat axtarışdan sonra Neft Daşlarından 15 km cənub-qərbdə aparat aşkarlanaraq dalğalı hava şəraitində yedəyə alınmış və təhlükəsiz yerə gətirilib.