İki avtomobil toqquşdu, XƏSARƏT ALAN VAR
    • 22-05-2020, 20:58
    • 760

İki avtomobil toqquşdu, XƏSARƏT ALAN VAR

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az -ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Qəza nəticəsində 1966-cı il təvəllüdlü Elçin Ramiz oğlu Qurbanov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır./Report/