USD 1.7
EUR 1.8927
TRY 0.2496
RUB 0.0242
  • Bakı 25°C
  • ŞUŞA 19°C
  • GƏNCƏ 29°C
  • LƏNKƏRAN 25°C
  • ŞƏKİ 29°C
  • QUBA 21°C
  • NAXÇIVAN 33°C

Güclü külək bu rayonlarda ciddi FƏSADLAR TÖRƏTDİ - FOTO

HADİSƏ

Mətn ölçüsü

Qərb və Şimal-qərb regionlarında 23-25 may tarixlərində  gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir. 

"Azərişıq" ASC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törətmiş, dam örtüklərini və iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb, bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaradıb.

“Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal - materal və texnika ayrılıb.

Qalereya

3

Xəbəri paylaş: