USD 1.7
EUR 1.9044
TRY 0.2527
RUB 0.0248
  • Bakı 24°C
  • ŞUŞA 18°C
  • GƏNCƏ 32°C
  • LƏNKƏRAN 31°C
  • ŞƏKİ 28°C
  • QUBA 21°C
  • NAXÇIVAN 27°C

İstixanada narkotik yetişdirən şəxs TUTULDU

HADİSƏ

Mətn ölçüsü

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayonun Qazma kənd sakini 51 yaşlı Rasim Bodurov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi çətənə bitkiləri aşkar edilib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş: