Avtomobil  9 metr dərinliyində olan quyuya DÜŞDÜ- FOTO
    • 25-05-2020, 22:16
    • 626

Avtomobil 9 metr dərinliyində olan quyuya DÜŞDÜ- FOTO

Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az
xəbər verir ki, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106 ” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb.

Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də həkim briqadası hadisə yerinə cəlb edilib. Hadisə nəticəsində iki şəxs yaralanıb. Onlar 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğludur. Təəssüf ki, Rəcəbov Fuad Kamran oğlu xəstəxanada vəfat edib.

F.Rəcəbovun vəziyyətinin ağır olduğu bildirilib./APA