Milli Məclisin qarşısında aksiya keçirməyə CƏHD EDİLDİ
    • 26-05-2020, 17:07
    • 725

Milli Məclisin qarşısında aksiya keçirməyə CƏHD EDİLDİ

Bu gün Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirilməsinə cəhd olub.

Polis "Qarabağa azadlıq" şüarı ilə təşkil olunan aksiyanın qarşısını alıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşlar tərəfindən ərazidən uzaqlaşdırılıb.

O qeyd edib ki, aksiyaya cəhd zamanı heç kəs saxlanılmayıb.
Xatırladaq ki, Müsavat Partiyasının başqanı Arif Hacılı özünün facebook profilində bir neçə şəxsin saxlanldığı barədə məlumat yayıb./Report/