Abşeron sakini qaçırdığı avtomobillə birgə SAXLANILDI
    • 26-05-2020, 18:30
    • 553

Abşeron sakini qaçırdığı avtomobillə birgə SAXLANILDI

Abşeron rayonu Hökməli qəsəbəsindən A.Zamanlıya məxsus avtomobil qaçırmaqda şübhəli bilinən A.Həsənli avtomobillə birgə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, mayın 24-də saat 21 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini A.Zamanlıya məxsus “Opel” markalı avtomobil qaçırılıb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi A.Həsənli avtomobillə birgə saxlanılıb.