“Azərişıq” ASC-nin əməkdaşları GÜLLƏLƏNDİ - YENİLƏNİB
    • 26-05-2020, 20:17
    • 637

“Azərişıq” ASC-nin əməkdaşları GÜLLƏLƏNDİ - YENİLƏNİB

Masallı rayonunda abonent "Azərişıq" ASC-nin 3 əməkdaşını odlu silahla yaralayıb.

News24.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Ayaz Mirzəbala oğlu Rəcəbov sol bazu sümüyünün odlu silahdan yaralanması, yumşaq toxumaların siyrilməsi, 1990-cı il təvəllüdlü Orxan Mehman oğlu Baxşıyev isə sol əlin arxa səthinin odlu silahdan yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanada lazımi tibbi yardım göstərilən A.Rəcəbov və O.Baxşıyev ambulator müalicə üçün evə buraxı
Qeyd edək ki, insident zamanı daha bir nəfər - "Azərişıq" ASC-nin digər əməkdaşı, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırov da ov tüfəngi ilə güllələnib. Hazırda onun müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Silahlı insidentin rayonun Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov tərəfindən törədildiyi məlum olub.

Hazırda araşdırmalar davam etdirilir.

***

Saat 18:28


Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

News24.az xəbər verir ki, hadisə rayonun Yeddioymaq kəndində baş verib.

Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.