Minik maşını ilə "QAZel" TOQQUŞDU, xəsarət alanlar var
    • 26-05-2020, 20:44
    • 898

Minik maşını ilə "QAZel" TOQQUŞDU, xəsarət alanlar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az
xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını ilə "QAZel" markalı yük maşını toqquşub. Qəza nəticəsində 25 yaşlı Nigar Abbasova, onun qardaşı Əli Abbasov və daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.