Goranboyda qadını ilan SANCIB
    • 30-05-2020, 00:18
    • 783

Goranboyda qadını ilan SANCIB

Goranboyda qadını ilan sancıb. 

News24.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Musayeva Rəsmiyə Nəsib qızı ilansancma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına ilan zəhəri əleyhinə zərdab vurulub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, hadisə R.Musayevanın ailəsinə məxsus təsərrüfatda baş verib.