Qaraçılar uşaqların ayaqqabılarını oğurladılar

Qaraçılar uşaqların ayaqqabılarını oğurladılar
HADİSƏ

02 iyun 2020, 17:04

Mətn ölçüsü

Qaraçılar Mingəçevirdə repititor yanına gedən uşaqların ayaqqabılarını oğurlayıb.

News24.az xəbər verir ki, bu gün səhər saatlarında şəhərin M.Maqamayev ünvanında 5 mərtəbəli binanın beşinci mərtəbəsinə repetitor yanına gedən bir neçə yuxarı sinif şagirdlərinin ayaqqabıları qapıdan oğurlanıb.

Şagirdlər evə getmək üçün ayaqqabılarını tapmayıblar.

Qonşuların dediyinə görə bu gün bir neçə qaraçı həmin binaya dilənmək üçün qapıları döyüblər.

Səsə-küyə çıxan qonşular onları qovublar.

Həmin anda da uşaqların ayaqqabıları oğurlanıb. /yeniavaz.com/