"Semaşko"da 9 yaşlı uşaq appendisit əməliyyatından sonra ÖLDÜ
    • 3-06-2020, 10:06
    • 931

"Semaşko"da 9 yaşlı uşaq appendisit əməliyyatından sonra ÖLDÜ

Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.

News24.az-ın məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü  Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də  xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq  E. Abdullayev reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. /APA/