Bakıda qadın dərmandan zəhərlənərək ÖLDÜ
    • 4-06-2020, 13:17
    • 526

Bakıda qadın dərmandan zəhərlənərək ÖLDÜ

Bakıda qadın dərmandan zəhərlənib.

News24.az-ın məlumatına görə, Novxanı qəsəbəsində yaşayan, 1953-cü il təvəllüdlü Firuzə Vəliyeva mayın 25-də yaşadığı evdə "Dumble" adlı bitki dərmanı qəbul edib. Dərmandan zəhərlənən qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Ağ ciyər xəstəliyi və şəkərli diabetdən əziyyət çəkən qadın iyunun 3-də xəstəxanada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır. /APA/