Kompüterdə sistemə baxmaq adı ilə GƏLDİ, KASSADAN OĞURLUQ ETDİ - VİDEO
    • 5-06-2020, 16:01
    • 782

Kompüterdə sistemə baxmaq adı ilə GƏLDİ, KASSADAN OĞURLUQ ETDİ - VİDEO

Bu gün səhər saatlarında paytaxt Bakıda mağazadan oğurluq olub. 

News24.az-ın məlumatına görə, oğurluq hadisəsi Gənclik metrosu yaxınlığında yerləşən "Arzu Beaty House" mağazasında baş verib. 

Tanınmış blogger Arzu Kərimlinin rəhbəri olduğu mağazadan 500 manat məbləğində pul oğurlanıb. 

A. Kərimli bildirib ki, oğurluq edən şəxs mağazaya kompyüterdə sistemə baxmaq üçün gəldiyini deyib və nəticədə kassadan 500 manat pul oğurlayıb.  

Oğurluq hadisəsi zamanı lentə alınan kadrları təqdim edirik.