Kürdə 5 uşaq BURULĞANA DÜŞDÜ
    • 5-06-2020, 16:18
    • 595

Kürdə 5 uşaq BURULĞANA DÜŞDÜ

Kür çayında çimən 5 uşaq burulğana düşüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Kür çayının rayonun Bərdənin Nazırlı Qılışlı kəndindən keçən hissəsində qeydə alınıb. Çayda batma təhlükəsi ilə üzləşən 2 uşaq sudan çıxarılıb. Digər 3 nəfərin axtarışları davam etdirilir.

Sudan çıxarılan iki uşağın vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.