Şəmkirdə sürücü sükan arxasında İNFARKTDAN ÖLDÜ

Şəmkirdə sürücü sükan arxasında İNFARKTDAN ÖLDÜ
HADİSƏ

10 iyun 2020, 13:52

Mətn ölçüsü

Şəmkirdə sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb.

Hadisə bu gün baş verib.

Rayon sakini, 1938-ci il təvəllüdlü Hüseynov Fərman Qələndər oğlu özünə məxsus “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında infarkt keçirib. Nəticədə avtomobil ağaca çırpılıb.

Sürücünün ürək tutmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır. /APA/