Astara sakinindən 6 kq-dan çox marixuana götürülüb

Astara sakinindən 6 kq-dan çox marixuana götürülüb
HADİSƏ

11 iyun 2020, 11:11

Mətn ölçüsü

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Maşxan kənd sakini Mirəli Bəşirovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə becərdiyi 18 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Davam edən əməliyyat tədbiri ilə M.Bəşirovun yaşadığı evin həyətinə keçirilən baxış zamanı oradakı yarımtikilidən 3 ədəd şəffaf şüşə balonda və 2 ədəd sellofan torbada ümumi çəkisi 6 kiloqram 100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.