Bakının iki rayonuna yeni prokuror təyin edildi

Bakının iki rayonuna yeni prokuror təyin edildi
HADİSƏ

18 iyun 2020, 10:44

Mətn ölçüsü

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

News24.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Quba rayon prokuroru Elman Süleymanov tutduğu vəzifədən azad edilərək Yasamal rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun imzaladığı digər əmrlə Pirallahı rayon prokuroru İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Sabunçu rayon prokuroru vəzifəsinə təyin olunub. /APA/