Bakıda karantin rejimini pozan kafe icarədarı və müştəriləri cərimələnib - FOTO

Bakıda karantin rejimini pozan kafe icarədarı və müştəriləri cərimələnib - FOTO
HADİSƏ

29 iyun 2020, 18:02

Mətn ölçüsü

Paytaxtın Səbail rayonunda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.  

News24.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.  

Ümumilikdə 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 200 manat cərimə olunublar.