"Evdən çıxan koronaviruslu xəstələrin cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur" - Prezidentin köməkçisi

"Evdən çıxan koronaviruslu xəstələrin cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulur" - Prezidentin köməkçisi
HADİSƏ / SOSİAL

03 iyul 2020, 18:05

Mətn ölçüsü

“Ev şəraitində müalicə alan koronavirusa yoluxmuş yüngül xəstələrə dərmanların çatdırılmasına başlanılıb”.

News24.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalov deyib ki, bu dərmanlar artıq çatdırılır.

Brifinqdə çıxış edən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, insanların xəstə halda çölə çıxmasını idarə etmək mümkünsüzdür. Bununla bağlı qanun layihəsi də hazırlanıb, Milli Məclisdə müzakirə ediləcək. 

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov isə bildirib ki, bununla bağlı cinayət məsuliyyəti nəzərdə tutulur: "Çünki onlar yoluxmanın yayıımasına şərait yaradırlar. Onlar yalnız 103-ə zəng etməlidirlər". 



Afaq Mirayiq