Qadağalara rəğmən Bakıda kafe hələ də işləyirmiş - FOTO

Qadağalara rəğmən Bakıda kafe hələ də işləyirmiş - FOTO
HADİSƏ

04 iyul 2020, 11:27

Mətn ölçüsü

Paytaxtın Xətai rayonunda sərtləşdirilmiş xüsusi karantin rejiminin qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulduğu kafe aşkarlanıb.

Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində yerləşən “Günəş” kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə beş nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 2 000 manat, digərləri 200 manat məbləğində cərimə olunublar.