Nəsimi rayonunda karantin qaydalarıni pozaraq fəaliyyət göstərən kafe AŞKAR EDİLDİ - FOTO - VİDEO

Nəsimi rayonunda karantin qaydalarıni pozaraq  fəaliyyət göstərən kafe AŞKAR EDİLDİ - FOTO - VİDEO
HADİSƏ

07 iyul 2020, 16:24

Mətn ölçüsü

Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib. 

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Alı Mustafayev küçəsində yerləşən “Zirvə” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi və  müştərilər saxlanılaraq ərazi üzrə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətiriliblər. 

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. 

YouTube