İki gün əvvəl Kürdə batan şəxslərdən birinin meyiti tapıldı

İki gün əvvəl Kürdə batan şəxslərdən birinin meyiti tapıldı
HADİSƏ

11 iyul 2020, 12:00

Mətn ölçüsü

İyulun 9-da Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində batan 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun axtarışları davam etdirilir.