Cavid Paşayevin səhhətində müsbət dinamika hiss olunur

Cavid Paşayevin səhhətində müsbət dinamika hiss olunur
HADİSƏ

11 iyul 2020, 22:56

Mətn ölçüsü

"Bildiyiniz kimi, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri 36 yaşlı Cavid Paşayev iyul ayının 1-dən COVID-19 virusuna yoluxub. Son günlərdə bütün müalicələrə baxmayaraq, səhhətində pisləşmənin müşahidə olunması, oksigen saturasiyasının kəskin şəkildə aşağı düşməsi və həkimimizə EKMO cihazından istifadə ehtimalı yarandığına görə 2 gün əvvəl Mərkəzi Gömrük Xəstəxanasının Reanimasiya şöbəsinə transfer olunub".
 

News24.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib. O bildirib ki, ilk 24 saat ərzində Cavid Paşayevin səhhətində mənfiyə doğru çox şiddətli dəyişiklik olması onların EKMO hazırlıqlarını etmələrinə səbəb olub:"Lakin, dünən axşam saatlarından etibarən, xəstədə arzuolunan müsbət dinamika müşahidə olunduğuna görə hələki, EKMO cihazı istifadə edilmədən, süni tənəffüs aparatında, dərin koma şəraitində müalicəsinin aparılmasına qərar verilib.

Cavid həkimin müayinələrində ağciyər tutulmasından əlavə, bu günlərdə çox nadir görsənən [hide][/hide]“Pneumomediastinum və dərialtı empizema"nın olması, işimizi daha da çətinləşdirir. Bütün mövcud problemləri nəzərə alaraq, çox ciddi təqib altında və hər an yaranabiləcək situasiyalara görə hazırlıqlar görülmüş vəziyyətdədir. Ümid və arzu edirik ki, ən qısa zaman ərzində müalicəsində əldə etdiyimiz müsbət nəticələri Sizlərlə paylaşaq. EKMO cihazının istifadə olunub olunmamasının qərarı isə, klinik və labarator gedişata görə mütəmadi qiymətləndirmə əsasında veriləcəkdir. Bu barədə yenilik olarsa, xəstəxanamızın mətbuat xidmətindən və eləcədə Facebook səhifəmizdən Sizlərlə paylaşmağa çalışacağıq. 

Cavid Paşayev timsalında bu gün yüzlərlə xəstə həm xəstəxanamızda, eləcə də digər xəstəxalalarda müalicə olunur. Əgər koronavirusu insanlığa qarşı bir müharibə adlandırırıqsa, Dr. Cavid Paşayev də bu müharibədə ön cəbhədə olan, gecə-gündüz demədən mübarizə aparan bir sərkərdə, bəlkə də generalımızdır. Cavid həkimin vəziyyəti başda Mehriban xanım Əliyeva olmaqla, ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu həm də ayrı bir məna kəsb edir. Müharibələrdə yaralanmış generalın yaşadılması həm də psixoloji hadisədir. Bu qədər çətin və ümidsiz vəziyyətdən çıxaraq ayaga qalxacaq Cavidlər həm də bu gün, bu mübarizəni ön cəbhədə əzimlə davam etdirən həkimlərimizə və səhiyyəçilərimizə stimul verəcəyi inancındayam".