Vilayət Eyvazovdan generalın yerinə təyinat

Vilayət Eyvazovdan generalın yerinə təyinat
HADİSƏ

13 iyul 2020, 10:37

Mətn ölçüsü

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

News24.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyi (DİN) Baş Təşkilat-İnspeksiya İdarəsinin rəis müavini, polis polkovniki Elman Qasımov vəzifəsindən azad olunaraq DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, ötən həftə Daxili İşlər naziri V.Eyvazovun müvafiq əmri ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub. Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. /Report.az/