“Vaz 2107”-lər toqquşdu ÖLƏN VƏ YARALANANLAR VAR

“Vaz 2107”-lər toqquşdu ÖLƏN VƏ YARALANANLAR VAR
HADİSƏ

14 iyul 2020, 12:47

Mətn ölçüsü

İyulun 13-də saat 22 radələrində Naftalan şəhərinin Qaşaltı kəndi ərazisində 1993-cü il təvəllüdlü Orxan Həsənəliyevin idarə etdiyi “Vaz 2107” markalı avtomobillə 1996-cı il təvəllüdlü Camal Dadaşovun idarə etdiyi “Vaz 2107” avtomobilin toqquşması nəticəsində 3 nəfərin ölümü, 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər veirr ki, faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, şahidlər dindirilib zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.