SON DƏQİQƏ: Ermənistana məxsus PUA vuruldu, düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi

SON DƏQİQƏ: Ermənistana məxsus PUA vuruldu, düşmənin artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edildi
HADİSƏ

14 iyul 2020, 16:12

Mətn ölçüsü

Bu dəqiqələrdə Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələrinə məxsus növbəti PUA-nın guya vurulması barədə yayılan məlumata gəldikdə isə bildiririk ki, bu dezinformasiyadır, həqiqəti əks etdirmir və Ermənistan Müdafiə Nazirliyi rəsmisinin öz uydurmasıdır.
Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və heç bir itki yoxdur", - deyə məlumatda qeyd olunub.