Ermənistan Tovuzun yaşayış məntəqələrini artilleriya atəşinə tutub

Ermənistan Tovuzun yaşayış məntəqələrini artilleriya atəşinə tutub
HADİSƏ

14 iyul 2020, 20:10

Mətn ölçüsü

Bu gün saat 19:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun yaşayış məntəqələrini və bölmələrimizin mövqelərini iriçaplı silahlardan və artilleriya qurğularından istifadə etməklə yenidən intensiv atəşə tutmağa başlayıb.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat verib.