SON DƏQİQƏ: İbrahim Borçalının 20 yaşlı oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

SON DƏQİQƏ: İbrahim Borçalının 20 yaşlı oğlu FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
HADİSƏ

18 iyul 2020, 12:51

Mətn ölçüsü

Müğənni İbrahim Borçalının oğlu Gürcüstanda vəfat edib.

News24.az-a daxil olan məlumata görə, Həsənov Rəhim bu gün 1 saat bundan əvvəl ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.

20 yaşlı Rəhim Həsənov 1999-cu ilin avqustun 21-də Gürcüsüstanın Marneuli rayonunda anadan olub və Gürcüstan vətəndaşıdır. 

R.Həsənov Türkiyədə ali təhsil alırdı. Koronavirus pandemiyası ilə əlaqədar dövlət sərhədlərinin bağlanması səbəbindən Gürcüstan tərəfi onun Azərbaycana gəlməsinə icazə verməyib. 

Məsələ ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov News24.az-a açıqlamasında Rəhim Həsənovun ailəsinin Gürcüstana buraxılması üçün hazırda işlər apardığını deyib: "Rəhim avtomobil qəzası zamanı tək olmayıb. İbrahim mənim çox yaxın dostumdur, hazırda çox pis vəziyyətdəyəm. Rəhimin Azərbaycana valideynlərinin yanına gəlməsi üçün Azərbaycan tərəfi bütün məsələləri həll etmişdi. Amma Gürcüstan vətəndaşı olduğu üçün uşaq valideynlərinin yanına gələ bilmədi. Bu gün isə bu faciə baş verdi. Rəhimin Gürcüstanda dəfn olunması nəzərdə tutulur. Bunun üçünsə valideynləri bura gəlmək istəyir".