46 yaşlı qadın bıçaqlandı - Oğlu şübhəli bilinir
Hadisə
Samux sakini bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, Əhmədbəyli kənd sakini, 1980-ci il təvəllüdlü Elnurə Ələkbərova xəstəxanaya çatdırılıb.
Qadının vəziyyəti orta-ağırdır.
Məlumata görə, 2005-ci il təvəllüdlü Raul Ələkbərov ailə münaqişəsi zəminində anası, Elnurə Ələkbərovanı bıçaqlamaqda şübhəli bilinir.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırmalar davam edir.(Qafqazinfo)