Cəlilabadda sərxoş vəziyyətdə karantin qaydalarını pozan şəxs həbs edildi

Cəlilabadda sərxoş vəziyyətdə karantin qaydalarını pozan şəxs həbs edildi
HADİSƏ

25 iyul 2020, 14:34

Mətn ölçüsü

Cəlilabad rayonunda karantin qaydalarını pozan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, sərtləşdirilmiş karantin rejiminin tələblərinə uyğun olaraq Cəlilabad Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı Cəlilabad sakini Ramiz Məmmədovun şəhər ərazisində müvafiq icazə olmadan yaşayış yerini tərk etdiyi müəyyən edilib. Sərxoş vəziyyətdə olan həmin şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanmış materiallar Cəlilabad rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib.