Dənizdə batan 2 nəfərdən birinin cəsədi tapıldı

Dənizdə batan 2 nəfərdən birinin cəsədi tapıldı
HADİSƏ

01 avqust 2020, 12:12

Mətn ölçüsü

Ötən gün Sumqayıtda dənizdə batan iki nəfərdən birinin cəsədi tapılıb.
 
News24.az xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilib ki, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir. 

Əlavə məlumat veriləcək.