Nazirlik 319 əməkdaşını cəzalandırd;ı

Nazirlik 319 əməkdaşını cəzalandırd;ı
HADİSƏ / SOSİAL

01 avqust 2020, 12:04

Mətn ölçüsü

Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

Bu barədə News24.az-a  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd olunub ki, bu dövrdə Nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb. 

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.