17 yaşlı gənclər evdən oğurluq etdi

17 yaşlı gənclər evdən oğurluq etdi
HADİSƏ

01 avqust 2020, 14:18

Mətn ölçüsü

Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. 

News24.az
-a verdiyi xəbərə görə, iyulun 18-dən 21-dək olan müddət ərzində Səbail rayonu, Badamdar qəsəbəsi, S. İbrahimxəlilov küçəsində yerləşən evlərdən birindən 40 dollar və 4 min manatlıq qızıl oğurlanıb. 

Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlülər - Cəsur Həsənov və Elcan Abdullazadə Səbail RPİ 41-ci PB əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.