Mingəçevirdə zəncirvarı yol qəzası - Xəsarət alan var

Mingəçevirdə zəncirvarı yol qəzası - Xəsarət alan var
HADİSƏ

02 avqust 2020, 14:15

Mətn ölçüsü

Mingəçevirdə zəncirvarı yol qəzası olub.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib. İdarəetmədən çıxan dörd minik avtomobili “Mercedes”, “Vaz 2106”,  “Vaz 2107” və “Vaz 21099” markalı maşınlar toqquşub.

Hadisə zamanı “Vaz 21099” aşıb. Hadisə nəticəsində xəsarət alan bir nəfər gənc oğlan xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.