Bu il narkotik alverçisi olan 36 qadın həbs edilib – Rəsmi

Bu il narkotik alverçisi olan 36 qadın həbs edilib – Rəsmi
HADİSƏ

02 avqust 2020, 14:02

Mətn ölçüsü

Bu ilin yarım ilində narkotiklərlə əlaqədar müəyyən edilmiş 2785 (+475), o cümlədən onların satışı ilə bağlı 913 (+206) fakt üzrə cinayətkarlardan ötən ilin 6 ayı ilə müqayisədə 256,5 kiloqram çox, bütövlükdə 1 ton 67 kiloqram narkotik vasitə götürülüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, həmçinin ümumi çəkisi 91 tona yaxın olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.

Bu növ cinayətləri törətmiş 1840 nəfərdən 1226-sı (66,6%) əmək qabiliyyətli işləməyən və oxumayan, 541-i (29,4%) əvvəllər cinayət törətmiş şəxs, 36-sı (2%) qadınlardır.