Şəmkirdə yol qəzası baş verib - 2 nəfər xəsarət alıb

Şəmkirdə yol qəzası baş verib - 2 nəfər xəsarət alıb
HADİSƏ

02 avqust 2020, 17:30

Mətn ölçüsü

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə “Great Wall” markalı avtomobili toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.