Sumqayıt Etilen-polietilen zavodunda yanğın - 7 nəfər xəsarət aldı - YENİLƏNİB 2

Sumqayıt Etilen-polietilen zavodunda yanğın - 7 nəfər xəsarət aldı - YENİLƏNİB 2
HADİSƏ

07 avqust 2020, 13:00

Mətn ölçüsü

Yanğınla bağlı zədə məntəqəsinə 7 xəstə müraciət edib.

News24.az xəbər verir ki, bu barədə "Report"a Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin həkimi Vaqif Yusifov məlumat verib.

“Onlardan biri yüngül xəsarət aldığından ilkin yardım göstərilərək evə göndərilib. Digər 6 xəstə travma şöbəsinə yerləşdirilib, onlara ilkin yardım göstərilib, daha sonra Təcili Tibbi Yardım Stansiyasının briqadasının müşaiyəti ilə  Bakı Şəhər Yanıq Mərkəzinə göndərilib. Onların vəziyyəti orta ağırdır”, - həkim qeyd edib. 

***14:35

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

News24.az nazirliyin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

***12:50
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.

News24.az xəbər verir bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir, tam söndürülməsi istiqamətində işlər aparılır. 

Məlumata görə, yanğında yeddi nəfər xəsarət alıb. /APA/