“Apple”da səhv tapan gəncin həvəsini qırdılar – Şirkət sadəcə təşəkkür etdi

“Apple”da səhv tapan gəncin həvəsini qırdılar – Şirkət sadəcə təşəkkür etdi
HADİSƏ

09 avqust 2020, 15:00

Mətn ölçüsü


Türkiyənin Bursa şəhərində yaşayan 18 yaşlı Yusif İslam Unan “Apple”ın səsli bələdçisi olan “Siri”də xəta tapıb.


News24.az xəbər verir ki, Y.İ.Unanın bu addımından sonra səlahiyyətlilər ona sadəcə təşəkkür edib.

Gənc “Apple” istifadəçisi hadisəni belə izah edib: “Karantin dövründə ürəyim sıxılırdı. Telefonla məşğul olmağa başladım. Səsli köməkçi "Siri" ilə söhbət edirdim. 15-20 dəqiqə danışdım. Daha sonra telefonu ingilis dilinə çevirməsini istədim. Həmin vaxt atamdan zəng gəldi. Onunla 10-15 saniyə danışdıqdan sonra telefon anidən söndü. Yenidən başlama rejiminə keçdi. Açılandan sonra proqramlar fərqli dillərdə çalışdı. Tətbiqlərdə bütün dillər qarışdı”.

O, əlavə edib ki, boşluğu görən kimi şirkətə xəbər verib: “Nəticədə sadəcə təşəkkür edib, boşluğu düzəltdilər. Ətrafımda “Apple”da səhv tapan çox dostum var. Onlara böyük mükafatlar təqdim edilib. Xırda da olsa bir mükafat verə bilərdilər”. 

Məhərrəm