İsraildə Azərbaycana dəstək aksiyası təşkil olundu

İsraildə Azərbaycana dəstək aksiyası təşkil olundu
HADİSƏ

09 avqust 2020, 21:04

Mətn ölçüsü

İsraildə yaşayan soydaşlarımız, habelə bu ölkənin digər vətəndaşları Azərbaycana dəstək aksiyası keçiriblər.

News24.az xəbər verir ki, aksiyada çıxış edənlər Qarabağın Azərbaycan ərazisi olduğunu bildirərək, Ermənistanın işğalına son qoyulması tələbini irəli sürüblər.  

Azərbaycan və İsrail bayraqlarının dalğalandırıldığı aksiyada dünya birliyinə müraciət edilərək, Dağlıq Qarabağ və ətraf rayonların işğalına diqqət ayrılması məsələsi qaldırılıb. Aksiyada Azərbaycan və İsrailin Dövlət himnləri səsləndirilib. Kütləvi tədbir "Azərbaycan" şüarları ilə davam edib. İştirakçılar Azərbaycan ordusuna dəstək nümayiş etdiriblər.