YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib
HADİSƏ

12 avqust 2020, 17:46

Mətn ölçüsü

Avqustun 12-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında  növbəti iclası keçirilib.

News24.az xəbər verir ki, iclasda pamdemiya ilə əlaqədar Yeni Azərbaycan Partiyasının gördüyü işlər barəsində  qısa məlumat verildi. Qeyd edildi ki, Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərin qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilib. Yeni Azərbaycan Partiyası da öz növbəsində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak etmiş, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirmişdir.

İclasda Yeni Azərbaycan Partiyasının Nəsimi, Ağdaş və Ağdam rayon təşkilatlarının hesabat-seçki konfranslarından ötən dövr ərzində fəaliyyətinə dair hesabatı dinlənilmişdir.

İdarə Heyətinin iclasında hesabatı dinlənilən rayon təşkilatlarının fəaliyəti qənaətbəxş hesab edilmiş, onların gələcək fəaliyyətinə dair tövsiyyələr verilmişdir.

İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir.