Bakıda 5-6 avtomobilin iştirakı ilə zəncirvarı qəza olub - FOTO

Bakıda 5-6 avtomobilin iştirakı ilə zəncirvarı qəza olub - FOTO
HADİSƏ

12 avqust 2020, 18:57

Mətn ölçüsü

Bakıda zəncirvarı yol qəzası olub.

News24.az-ın məlumatına görə, hadisə Aeroport yolunda, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb. “Renault” markalı, 99 SF 946 dövlət nömrə nişanlı avtomobil  “Mercedes” markalı, 99 EO 557 dövlət nömrə nişanlı maşına çırpılıb. Zərbənin təsirindən “Mercedes” bir neçə maşına dəyib. Qəza nəticəsində ümumilikdə 5-6 avtomobil əzilib. Qəzaya səbəb olan "Renault" markalı avtomobil hadisə yerindən qaçıb.

Xəsarət alan yoxdur.