News24.az-ın qaldırdığı məsələ həll olundu - İşgəncə görən azyaşlılarla bağlı QƏRAR VERİLDİ

News24.az-ın qaldırdığı məsələ həll olundu - İşgəncə görən azyaşlılarla bağlı QƏRAR VERİLDİ
HADİSƏ

12 avqust 2020, 20:21

Mətn ölçüsü

News24.az saytı Astaranın Ərçivan kəndində 6 və 10 yaşlı bacı-qardaşın ögey ananın işgəncəsinə məruz qalması ilə bağlı məsələ qaldırmışdı. 

Məlum olduğu kimi, sözügedən materialda  2010-cu il təvəllüdlü Məmmədov Əlihəsən Cavid oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Ruqayə Cavid qızı atası Məmmədov Cavid və analığı Mirzəyeva Sevinc tərəfindən iki il ərzində şiddət gördükləri qeyd edilmişdi.

Məhz hadisənin işıqlandırması və məsələ ilə bağlı News24.az saytının baş redaktoru Ülkər Qasımovanın həmin ərazinin millət vəkili Rəşad Mahmudova rəsmi müraciətindən sonra məsələ öz həlli tapıb. 

Ailə R.Mahmudovun dəstəyi ilə Bakıya gətirilib və onlara psixoloji yardım göstərilib. Daha sonra isə onlar Astaraya geri göndəriliblər. 

Uşaqlara şiddət göstərilməsi faktını öz üzərinə götürən ata Məmmədov Cavid inzibati qaydada 15 sutka müddətinə həbs edilib. 

Həmçinin psixoloq rəyində uşaqların analığı Mirzəyeva Sevincin psixoloji durumunun normal olmadığı qeyd edilib. 

Bu gün məhkəmə Məmmədov Əlihəsən və Məmmədova Ruqayə ilə bağlı qərar çıxarıb və məsələ ilə bağlı komisiya toplanıb.

Məhkəmənin qərarına görə, azyaşlıların qəyyumluğu davamlı olaraq xala və dayılarına verilib.

Məsələ ilə bağlı ilk yazı bu linkdə:
https://news24.az/hadise/46002

YouTube