Təbiətə 2040 manat ziyan vuran şəxs CƏZALANDI

Təbiətə 2040 manat ziyan vuran şəxs CƏZALANDI
HADİSƏ

13 avqust 2020, 10:49

Mətn ölçüsü

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayonda 3 sərv ağacının kəsildiyi müəyyən edilib.

News24.az xəbər verir ki, bunu Xidmətin rəis müavini Ramal Bağırov bildirib. O qeyd edib ki, araşdırma zamanı ağacların obyekt tikintisi məqsədilə Sumqayıt şəhər sakini Arif Nadirov tərəfindən kəsildiyi və təbiətə 2040 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilib”.