47 məktəbli toyuq ətindən zəhərləndi

47 məktəbli toyuq ətindən zəhərləndi Hadisə

Türkiyədə orta məktəbin yataqxanasında qalan 47 şagird yedikləri toyuq ətindən zəhərlənib. 

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin İsparta vilayətində baş verib.

Zəhərlənən şagirdlər dərhal xəstəxanaya yerləşdirilib, onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Yerdə qalan 45 məktəbli isə müalicə olunaraq evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.